BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda lombardı qarət edən əcnəbi məhkəmə qarşısında

Bakıda lombarddan oğurluq etməkdə təqsirləndirilən Pakistan vətəndaşı Yousuf Khan Rasool oğlu məhkəmə qarşısına çıxarılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, onun barəsində olan cinayət işi baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

 

Hazırda iş hakim Nəriman Mehdiyevin sədrliyi ilə araşdırılır.

 

Növbəti proses oktyabrın 5-nə təyin edilib.

 

Zərərçəkmiş qismində Saday Əliyev tanınır.

 

Qeyd: Hadisə bu ilin avqustunda paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 107 ünvanında qeydə alınıb.

 

Belə ki, həmin ünvanda yerləşən lombarda müştəri qismində gələn Pakistan vətəndaşı, 58 yaşlı Yousuf Khan Rasool oğlu masanın dolabından 7294 manat pul oğurlayıb. Bu barədə lombardın işçisi Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciətində bildirib. Daha sonra əcnəbi vətəndaş polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Kamal Məmmədov

Tarix: 3 Oktyabr 2022, 08:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin