BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Komandir futboldakı hakim deyil ki, fit çalanda hamı dayana...”

“O video doğru olsa belə, əsgərlərimizi ittiham etmək düz olmaz! Döyüş şəraiti tamam başqa şeydir. Baxıram müharibədə olmayanlar danışır. Heç müharibədə olub, amma bu şəraitə düşməyənlər də bunu anlamaz, vallah! Bu kino deyil. Döyüşün bir anıdır...”

 

Pravda.az-ın xəbərinə görə, bunu Qarabağ qazisi Rey Kərimoğlu bildirib.

 

“Komandir futboldakı hakim deyil ki, fit çalanda hamı dayana. Vəziyyətə uyğun ani qərar qəbul edilir. Bu real müharibədir. Emosional andır! Sən öldürməsən, səni öldürərlər! Nə bilirsiniz, nə baş verib orda? Hücumda, ya müdafiədə olan əsgərin birinci borcu düşməni əsir götürmək deyil, məhv etməkdir! Lap təslim olsun ey, əgər şərait imkan vermirsə, döyüşçü o an vəziyyətə uyğun  istədiyi qərarı verə bilər! O qədər “əsir düşmə” təxribatları görmüşük! Erməni girov düşdüyünü deyən erməni qadının arxasından çıxıb əsgərimizi şəhid edib dəfələrlə! Hələ o videonun montaj olmadığını da bilmirik!” – R.Kərimoğlu vurğulayıb.

Tarix: 3 Oktyabr 2022, 09:44   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin