BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Hərbçilərimizin videosu saxtadır, montajdır”

“Hərbçilərimizin saxlanılmış erməni təxribatçılarını atəşə tutması barədə yayılan görüntüləri növbəti erməni təxribatıdır. Sözügedən video tamamilə saxtadır, montaj olunmuş, Azərbaycan əleyhinə yönəlmiş, məqsədli hərəkətdir. Azərbaycan əsgərinin bu məsələyə dəxli yoxdur. Sosial şəbəkə istifadəçiləri, bu sahənin mütəxəssisləri çox gözəl bilirlər ki, ermənilər tərəfindən çoxsaylı saytlar, internet televiziyaları Azərbaycan dilində yayımlanır, müxtəlif yollarla sosial şəbəkələrə buraxılır. Görüntülərə görə Azərbaycanı haqsız, erməniləri haqlı çıxaran, Azərbaycan əsgərini qınayanlar erməni vəhşiliklərini nə tez yaddan çıxartdılar?”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

 

Deputat bildirib ki, tarixən insanlığa qarşı vəhşiliyi həmişə ermənilər törədiblər:

 

“Ermənilərin tarixən azərbaycanlılara, bütövlükdə müsəlmanlara, insanlığa, bəşəriyyətə qarşı törətdikləri cinayətlər, vəhşiliklər nə tez yaddan çıxdı? Təkcə Azərbaycanda yox, Anadoluda, Türkiyə ərazisində, hətta Sovet hökuməti qurulan dövrdə “bolşevik” dəstələri adı ilə Orta Asiyada, Özbəkistanda, Türkmənistanda törətdikləri vəhşiliklər yaddan çıxdı? Bakıda ermənilər tərəfindən 1918-ci ildə bir gün ərzində on minlərlə insanın qətlə yetirilməsi yaddın çıxdı? 1991-1992-ci illəri də yada salaq. Xocalıda, Qaradağlı, Meşəli, Bağanis Ayrım, Ağdaban və s. ərazilərdə körpə uşaqlarımıza, hamilə qadınlarımıza, qocalara, xəstələrə, silahsız insanlara qarşı törədilən vəhşilikləri də həmin erməni hərbçiləri, silahlıları, terrorçuları törətmirdimi? 44 günlük Vətən Müharibəsi dövründə cəbhə xəttindən 10 kilometrlərlə uzaqda olan şəhərlərimizi, kəndlərimizi raket, top atəşinə tutub, dinc insanlarımızı, körpə uşaqları qətlə yetirən bu ermənilər deyildimi? Bu, Azərbaycan əsgərinə xas hərəkət deyil. Azərbaycan əsgəri həmişə özünün ədaləti, insanpərvərliyi, humanistliyi ilə seçilib. 44 günlük müharibə ərzində, ondan sonrakı dövrdə bir nümunə göstərsinlər ki, Azərbaycan Ordusunun hərbçisi mülki insanlara və ya erməni əsgərinə qarşı hansısa qeyri-insani hərəkət edib. Etməyib! Özünü qayda-qanuna tabe olan döyüşçü kimi aparıb. Bunlar hamısı Azərbaycana qarşı yönəlmiş təxribat aktıdır. Sentyabrın 12-13 tarixlərində ermənilərin növbəti təxribatı zamanı yaralı erməni əsgərini müalicə edən, yarasını sağaldan, ona köməklik göstərən Azərbaycan əsgərləri deyildi? Həmin erməni əsgəri öz dili ilə etiraf etmirdimi “məni Azərbaycan əsgəri xilas etdi”? Bu nümunələrə baxmaq lazımdır. Yoxsa hansısa montaj olunmuş təxribat xarakterli, məqsədli videonu ermənilər düzəldib yayıblar. Bunun dərinliyinə getməyənlər də erməni dəyirmanına su tökür, hərbçilərimizi qınayırlar? Bunlar 44 günlük müharibədə Azərbaycan torpaqlarını işaldan azad edən hərbçilərdir. Qanları, canları ilə üzümüzü ağ edən, bizi məğlub xalqadan qalib xalqa çevirən hərbçilərdir. İndi biz nə haqla bu həbçilərin üstünə getməliyik? Bu, haqsızlıq, ədalətsizlikdir!”

 

E.Məmmədov deyib ki, sözügedən videonu yaymaqda ermənilərin çox mühüm məqsədləri olub:

 

“Azərbaycanın, onun əsgərinin, ordusunun beynəlxalq aləmdə nüfuzuna xələl gəlməsi üçün ermənilər bunu məqsədli təşkil edib, yayıblar. Guya azərbaycanlılar qəddardır, ədalətsizdir, insanlara qarşı belə yaramaz hərəkət törədirlər. və s. Məqsəd budur. Biz belə şantaj xarakterli təxribatlara getməməliyik. Ordumuzun əsgərimizin həmişə ən yüksək səviyyədə qayda-qanuna tabe olduğunu, ədalətli, humanist olduğunu bilirik və bunu təbliğ etməli, yaymalıyıq, əksini yox”.

 

Deputatın sözlərinə görə, bunlar sülh müqaviləsinə o qədər də təsir edəcək məsələlər deyil:

 

“Növbəti xırda təxribatdır. Ermənilərin uydurmasıdır. Sülh müqaviləsinin imzalanıb-imzalanmaması ermənilərin daha genişmiqyaslı niyyətləri ilə bağlıdır. Ermənilərlə sülh müqaviləsi bağlansa da, bağlanmasa da, lap bağlanandan sonra da erməni erməniliyini həmişə göstərəcək”.

 

Aytəkin Qardaşova

Tarix: 3 Oktyabr 2022, 12:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin