BURADA REKLAMINIZ OLA
BİLƏR

Mobil operatorlar müştərilərinə hər ay 50 gb internet paketi hədiyyə etməlidir - TƏKLİF

"Təklif edirəm ki, COVİD-19 pandemiyası ilə bağlı əhalinin evdə qalmasını stimullaşdıarmaq üçün mobil operatorlar müştərilərinə hər ay 50 gigabit internet paketi hədiyyə etsin".

Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Qubad İbadoğlu deyib.


Q.İbadoğlu qeyd edib ki, "Bakinternet", "Citynet" və digər internet provayderlər yaxın 3 ayda tariflərində 50 faiz endirim etməlidirlər: "Hesab edirəm ki, bu koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamında nəzərdə tutulan özəl sektorun sosial məsuliyyət təşəbbüslərinə ən yaxşı töhfə olardı. Məlumat üçün qeyd edim ki, COVİD-19 Pandemiyası T-Mobile 100 gegabayt internet paketinin müştərilərə hədiyyə kampaniyasına Avropanın bəzi ölkələrində 1 həftə bundan əvvəl start verib. ABŞ-a gəlincə, burda mobil telefon operatorları müştərilərinə 5G planı üzrə limitsiz internet təqdim edir.
Hesab edirəm ki, bizim bunu "Azercell", "Bakcell" və "NarMobile"dan istəməyə haqqımız vardır. Çünki uzun illərdir qazandığımızın bir hissəsini bu şirkətlərlə bölüşürük. İndi vaxtdır ki, onlar da hazırkı vəziyyətdə müştərilərinin qayğısını çəksinlər. Bu, əhalinin sosial izolyasiya zamanı evdə qalmasına və Koronavirusdan qorunmasına dəstək olardı".

Tarix: 23 Mart 2020, 08:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin