BURADA REKLAMINIZ OLA
BİLƏR

Gəncədə qaraçı daşla qonşusunun başını yardı

Gəncə Ağır Cinayətlər Məhkəməsində qonşusuna xəsarət yetirməkdə təqsirləndirilən Ş.Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

 

İttihama görə, hadisə ötən ilin sonlarında Gəncə şəhərində qeydə alınıb.

 

Belə ki, 2005-ci il təvəllüdlü Ş.Quliyev kirayədə yaşadığı evin qarşısında qonşusu Elsevər İmanovla mübahisə edib. Mübahisəyə səbəb isə qonşusu Elseverin ona gecə vaxtı qapını sərt şəkildə döyməsi ilə bağlı irad tutması olub.

 

Bu zaman o, yerdən götürdüyü daşları Elsevərə atıb. Nəticədə Elsevərin başı qanayıb, qolundan isə xəsarət alıb.

 

Polis əməkdaşı tərəfindən saxlanılan Ş.Quliyevin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb və yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilib.

 

Məhkəmə iclasında Ş.Quliyev ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, rəsmi olaraq heç bir yerdə işləmir. Milliyyətçə qaraçıdır. Gündəlik olaraq qazancını şirniyyət məmulatlarını topdan şəkildə alıb pərakəndə şəkildə səyyari formada sataraq əldə edir. 2022-ci ilin yanvar ayının əvvəlinədək hənin ünvanında kirayəçi kimi yaşamış və zərərçəkmiş şəxs isə onun qonşusu olub.

 

Kamal Məmmədov

Tarix: 3 Oktyabr 2022, 14:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin