BURADA REKLAMINIZ OLA
BİLƏR

Bir qrup idman mütəxəssisi təltif edildi - SİYAHI

Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyi münasibətilə bir qrup şəxs təltif edilib.

 

Pravda.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

 

Sərəncamla Azərbaycan cüdosunun inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif ediliblər:

 

“Şöhrət” ordeni ilə

 

Həsənov Tərlan Əliheydər oğlu

 

Rəcəbli Əhməddin İzət oğlu

 

“Tərəqqi” medalı ilə

 

Kələntərov Ceyhun Musa oğlu.

 

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyi münasibətilə Azərbaycan cüdosunun inkişafında xidmətləri olan bir qrup idman mütəxəssisinə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib:

 

Məmmədli Elnur Çingiz oğlu

 

Qarayeva Sevda Qiyas qızı.

Tarix: 3 Oktyabr 2022, 14:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin