BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azəristiliktəchizat”ın arvadını bıçaqlayan, qayınanasını döyən işçisindən xəbər var

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlamaqda və qayınanasını döyməkdə təqsirləndirilən Elzamin Ağayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

İttihama görə, hadisə bu il martın 4-də Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park 1” yaşayış kompleksində yerləşən evlərin birində qeydə alınıb.

 

Belə ki, 1987-ci il təvəllüdlü Elzamin Ağayev həya yoldaşı Minayə Ağayeva və onun anası Zülfiyyə Qafarova ilə ailə münaqişəsi zəminində mübahisə edib. Daha sonra o, arvadını mətbəx bıçağı ilə bıçaqlayıb, qayınanasını döyüb.

 

Xəstəxanaya aparılan yaralının həyatını xilas etmək mümkün olub.

 

Polis əməkdaşı tərəfindən saxlanılan Elzamin Ağayev barəsində Cinayət Məcəlləsinin 126-1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb və həbs qətimkan tədbiri seçilib.

 

Xatırlatma: Elzamin Ağayev “Azəristiliktəchizat” ASC-nin 10 saylı istilik sistemləri istismar sahəsində əməliyyatçı işləyib.

 

Kamal Məmmədov

Tarix: 3 Oktyabr 2022, 15:03   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin