BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövlət Gömrük Komitəsi məhkəməyə verildi

“Caspian Marine Services Limited” şirkətinin Azərbaycandakı filialı Dövlət Gömrük Komitəsi ilə bağlı məhkəməyə müraciət edib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə şirkət Bakı İnzibati Məhkəməsinə üz tutub.

 

Belə ki, “Caspian Marine Services Limited” inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr və digər məsələlər barədə tələb irəli sürüb.

 

İddia hakim Şəlalə Həsənovanın sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Kamal Məmmədov

Tarix: 4 Oktyabr 2022, 07:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin