BURADA REKLAMINIZ OLA
BİLƏR

"Kristal AA İnşaat" şirkəti ağacı qanunsuz kəsdi, cəzalandırıldı

"Kristal AA İnşaat" MTK barəsində cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci (şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

 

İş hakim Şövkət Nəcəfovanın sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmə iclası oktyabrın 10-na təyin edilib.

 

Qeyd: "Kristal AA İnşaat" şirkəti Abşeron rayonu ərazisində ağacı qanunsuz kəsib.

 

Kamal Məmmədov

Tarix: 4 Oktyabr 2022, 08:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin