BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Xarici diplomlar hansı hallarda tanınmır? - VİDEO

Xaricdə təhsil almağa yollanmadan öncə yüz ölçüb, bir biçmək lazımdır. Çünki geri qayıdanda diplomunuzun tanınması məsələsi böyük bir sual altında olacaq.

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin şöbə müdiri Aytən Quliyeva deyir ki, xaricdə təhsil məsələsində universitetin adı və harada yerləşməsi önəmli deyil.

 

Vacib olan bəzi detallara əməl olunmasıdır ki, sözügedən qurumun saytında bu barədə ətraflı məlumat var.

 

Aytən Quliyeva deyir ki, bu prosesdə distant təhsil forması ümumumiyyətlə qəbuledilməz qaydadır. Lakin burada da koronavirus pandemiyası dönəmində təhsil alan tələbələr istisna təşkil edir.

 

Qurum rəsmisinin sözlərinə görə, qonşu Türkiyədə qiyabi təhsil alanların diplomu birmənalı olaraq tanınmır.

 

Tarix: 4 Oktyabr 2022, 07:49   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin