BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Qərbi Kaspi Universiteti tənqid edildi: Bu cür müəllim heyəti ilə yüksək ixtisaslı mütəxəssis necə hazırlamaq olar?

“Dünyanın heç bir yerində təhsil adı ilə imitasiyalara yol verilmir.  Təəssüflər olsun ki, bu, bizdə adi hal alıb. Məsələn, Qərbi Kaspi Universitetinin adı yaxşı ali təhsil verən universitet kimi hallanır. Universitetin elektron resurslarından bəzi məlumatlar diqqətimi çəkdi.  Sən demə, bu ali məktəbdə 8 məktəb fəaliyyət göstərir. Universitetlərin reytinqinin əsas kriteriyalarından biri professor-müəllim heyətinin tərkibidir. Bu məktəblərin akademik heyətinə baxanda, məni təəcüb bürüdü. Bu cür akademik heyətlə necə keyfiyyətli təhsil vermək olar?”

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Etibar Əliyev bildirib.

“Universitetin  Tətbiqi və Təbiət Elmləri Məktəbi və İqtisadiyyat məktəbinə diqqət edək: Yazırlar ki, Tətbiqi və Təbiət Elmləri Məktəbi Qərbi Kaspi Universitetinin qabaqcıl məktəblərindən biridir. Məktəbin nəzdində Təbiət Elmləri kafedrası, Ekologiya və ətraf mühit  kürsüləri fəaliyyət göstərir. Məktəb fizika, tətbiqi riyaziyyat, biologiya, kimya və fizika sahələrində yüksək səviyyəli mütəxəssislər hazırlayır. Məktəb  ən son laboratoriya avadanlığından istifadə edərək fiziki, fizikokimyəvi profillərinin müvafiq fənləri üzrə dərslər keçirir.  Məktəbin intellektual, maddi və texnoloji resurslarının hazırki vəziyyəti, tətqiqatların aparılması və elmi inkişafına imkan yaradır. Akademik heyətdə 13 müəllim təmsil olunur, bunların 4 nəfəri kimyü üzrə fəlsəfə doktoru, 4 nəfəri biologiya üzrə fəlsəfə doktoru, 4 nəfərin elmi dərəcəsi yoxdur, 1 nəfərin adının qarşısına professor elmi adı yazılıb, lakin elm sahəsi göstərilməyib. İqtisadiyyat  Məktəbi haqqında yazılır: Qərbi Kaspi Universiteti yarandığı gündən fəaliyyət göstərir. Məktəbimiz tələbələrə yüksək səviyyəli təhsil verməklə, respublikamızın maraqlarını təmin edə biləcək mütəxəssislər yetişdirməklə Azərbaycanın iqtisadi, sosial və siyasi inkişafına dəstək məqsədi güdür. Tələbələr üçün  yüksək keyfiyyətli tədris və təlim mühiti yaradır.  İqtisadiyyat məktəbi-universitetin ən aparıcı fakültəsi kimi mövqeyini hər keçən gün gücləndirir və ölkədə nüfuzunu artırır. Şəxsi və peşəkar sahədə yüksək standartlara nail olmaq üçün tam təminatlı iş qabiliyyətinə malik məzunlar yetişdirir. Akademik heyətə cəmi 4 müəllim daxildir, 1 nəfər-riyaziyyat üzrə fəlsəfə doktoru, 1 nəfər-doktorant, 2 nəfərin isə elmi dərəcəsi yoxdur. Bu cür müəllim heyəti və aşağı bal toplayan tələbə ordusu ilə necə yüksək ixtisaslı mütəxəssis hazırlamaq olar? Bu universitetdə fəaliyyət göstərən digər məktəblərdə də müəllim heyəti analoji xarakter daşıyır. Əlindəki imkanlardan istifadə edib öz universitetini təbliğ etmək, gözə kül üfürmək, varlanmaq məqsədilə tələbə toplamaq, oliqarx olmaq üçün cəmiyyəti ələ salmaq lazım deyil. Bu universitetin də ailə, qohum-əqrəba universiteti olması məsələsinə toxunmadım. Danışanda dünyəvi dəyərlərdən danışırlar, təfəkkür isə feodallıqdan kənara çıxmayıb” – E.Əliyev qeyd edib.

Tarix: 4 Oktyabr 2022, 09:00   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin