BURADA REKLAMINIZ OLA
BİLƏR

"Olimpik İdman və İstirahət Kompleksi”inə cərimə tətbiq edildi

"Olimpik İdman və İstirahət Kompleksi" MMC barəsində cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

 

Hazırda iş hakim Vaqif Həsənov sədrliyi ilə araşdırılır.

 

Məhkəmənin növbəti iclası oktyabrın 6-na təyin edilib.

Tarix: 4 Oktyabr 2022, 09:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin