BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Ermənilərin çağırışları “Formula-1” yarışlarının Bakıda keçirilməsinə maneə ola bilməz”

“Ermənilər müraciət ediblər ki, “Formula-1” Azərbaycanda keçirilməsin. Bununla bağlı imza toplayırlar. Təbii ki, ermənilərin çağırışları “Formula-1” yarışlarının Bakıda keçirilməsinə maneə ola bilməz. Azərbaycan “Formula-1” yarışının keçirilməsində yeni keyfiyyət - “Bakı” brendini yarada bilib. Bütün dünya da Azərbaycanın məqsədini və təşkilatçılığını yaxşı bilir və növbəti “Formula-1”in keçirilməsi üçün Bakıdan başqa bir məkanı münasib görmür. “Formula-1” yarışının Bakının mərkəzində keçirilməsi insanlar üçün müəyyən qədər narahatlıq və çətinlik yaradır. Amma yarışın keçirildiyi müddətdə dünyanın diqqət mərkəzi Azərbaycanda olur və biz ölkəmizi dünyaya təbliğ edə bilirik. Təbii ki, bu, turizm imkanlarımızı təqdim etməyimizə və siyasi mövqelərimizin möhkəmlənməsinə töhfə verir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

 

Deputat ermənilərin “Formula-1”lə bağlı çağırışlarında Azərbaycanı müharibə cinayətləri törətməkdə günahlandırmalarına da münasibət bildirib: “Ermənilərin Azərbaycan haqqında “müharibə cinayətləri törədir” deməsi çox gülməli çıxır. Gözəl atalar sözü var: “Öz gözündə tiri görmür, özgə gözündə qıl axtarır”. Ermənilər bununla 30 ildə azərbaycanlılara qarşı törətdikləri hərbi cinayətlərini ört basdır etmək, Azərbaycana qarşı kampaniya aparamaq üçün dünyaya car çəkməyə başlayıblar. Torpaqlarımızın 30 ildə işğal altında saxlanılması və azərbaycanlılara qarşı soyqırımların törədilməsi hərbi cinayət deyilmi? Azərbaycan torpaqlarının 20%-ni işğal edərək milli-mədəni və tarixi irsinin məhv edilməsi hərbi cinayət sayılmırmı? 4000 nəfər azərbaycanlılının taleyi haqqında uzun illər heç bir məlumat verilməməsi hərbi cinayət deyilmi? 30 ildə minalarla zəhərlədikləri torpaqlarımızın, minalanmış ərazilərin dəqiq xəritələrinin verilməməsi və müharibə bitdiyi dövürdə 250-yə yaxın azərbaycanlının minaya düşərək həlak olması, xəsarət alması, erməni terrorlarının davam etdirilməsi hərbi cinayət sayılmırmı? 44 günlük Vətən Müharibəsi zamanı düçar olduqları acı məğlubiyyətdən havalanaraq mülkü insanlara zərər vermək məqsədilə Gəncəni və digər yaşayış məntəqələrimizi qadağan olunmuş raketlərlə atəşə tutmaları hərbi cinayət kimi dəyərləndirilməməlidirmi? Müharibənin başa çatdığı dövrdə Laçında və Kəlbəcər rayonun ərazilərində 2021-ci ilin istehsalı olan minaların basdırılması ermənilərin hərbi cinayətlərinin davamı deyilmi? Ermənilərin azərbaycanlılara qarşı törətdikləri hərbi cinayətləri sayıb qurtarmaq mümkün deyil. Sadəcə, dünyada ikili standartlar var və Azərbaycanın çağırışlarına o qədər də ciddi reaksiya verilmir. Hesab edirəm ki, bu, dünyanın bir sıra güclərinin ermənilərin hərbi cinayətlər törətməkdə davam etməsinə dəstəyinin ifadəsi kimi başa düşülməlidir”.

 

Aytəkin Qardaşova

Tarix: 4 Oktyabr 2022, 11:58   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin