BURADA REKLAMINIZ OLA
BİLƏR

“Unibank” müştərilərin hesabına 900 manat köçürdü, sonra isə... – Nə baş verir?

“Unibank”ın bir çox müştərinin kart hesabına 900 manat pul köçürdüyü iddia edilir. Bildirilir ki, bank sonradan məbləği müştərilərin hesabından silib.

 

“Unibank”dan Pravda.az-a verilən açıqlamada məlumatın doğru olduğu təsdiqlənib.

 

Qeyd olunub ki, texniki problemlə əlaqədar bəzi müştərilərin balansına səhvən pul yüklənib: “Artıq texniki problem aradan qaldırılıb və səhvən köçürülən vəsaitlər həmin müştərilərin hesabından geri çəkilib”.

 

Xatırlatma: Ötən il də “Unibank” müştərilərinə bənzər problemi yaşatmışdı. Bank həmin problemin də texniki səbəblərdən baş verdiyini demişdi.

 

Aytəkin Qardaşova

Tarix: 4 Oktyabr 2022, 13:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin