BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Səhiyyə Nazirliyi: Edillidə aşkarlanan kütləvi məzarlıqdakı qalıqların ekspertizası aparılacaq

“Yaxın zamanlarda Xocavənd rayonunun Edilli kəndində aşkarlanan 12 hərbçiyə aid olduğu ehtimal edilən qalıqların Baş Prokurorluğun qərarı əsasında məhkəmə-tibbi ekspertizası aparılacaq”.

 

Bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.

 

Onun sözlərinə görə, ekspertiza zamanı onların yaşı, boyu, cinsi, sümüklərdə olan xəsarətlər təyin ediləcək: “Onların bəzilərinə baxanda indi də güllə yeri müşahidə olunur. Görünür ki, onları güllələyiblər. Qalıqların hamısı şəxsi əşyaları ilə birgə götürüləcək, qabalaşdırılacaq. Eksper rəyi verildikdən sonra isə hər bir skletdən bir neçə nahiyədən sümük qalıqları götürüləcək. Bundan sonra isə genetik ekspertiza aparılacaq. O vaxta qədər də qalıqlar Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi kriminalistika şöbəsindəki xüsusi depolarda xüsusi şəraitdə saxlanılacaq. Şəxsiyyəti təyin olunandan sonra isə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təlimatı ilə qalıqlar ailələrinə təqdim olunacaq”.

 

Report

Tarix: 4 Oktyabr 2022, 14:51   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin