BURADA REKLAMINIZ OLA
BİLƏR

“Gömrük Komitəsində işçiləri daxili attestasiyadan keçirirlər”

“Gömrüklə bağlı hələ nə müsbət, nə də mənfi zənglər gəlib. Söhbət yalnız gömrük sistemindəki icraatda olan yanlışlıqlar, qanunsuzluqlardan getmirdi. Elə gömrük sistemindəki qanuna salınmış maddələr barədə kifayət qədər narazılıq var. Gömrük rüsumlarının həddi, sahələr üzrə tətbiqi və s. kimi məsələlərin islahata ehtiyacı var”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

O bildirib ki, Dövlət Gömrük Komitəsinin  rəhbərliyi islahatlar deyil, hələllik kadr dəyişiklikləri aparır: “Yəqin ki, yaxın zamanlarda bir müddət keçdikdən sonra nəticə bilinəcək. Adətən yeni təyinatlılar həmin dəqiqə hansısa neqativ proseslərə başlamırlar. Bir müddət yerlərini möhkəmləndirəndən  sonra proseslərə başlayırlar. Bildiyim qədəri ilə, Komitənin yeni sədrinin başı kadrları dəyişməyə qarışıb. Bizdə olan məlumata görə, xəbər yayılıb ki, hətta işçiləri gömrük bilgiləri ilə bağlı daxili attestasiyadan keçirirlər. Zaman göstərəcək. Hələ indidən nə tərifləmək düzgündür, nə də tənqid etmək. Gözləyək, görək bir müddət sonra necə işləyəcəklər, nə olacaq, iş adamlarının, sərhədi keçən və ya sərhəddən nəsə gətirənlərin reaksiyası necə olacaq? Buna uyğun biz də fikirlərimizi bildirəcəyik”.

 

Aytəkin Qardaşova

Tarix: 4 Oktyabr 2022, 16:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin