BURADA REKLAMINIZ OLA
BİLƏR

AFFA İcraiyyə Komitəsi qərarlar qəbul etdi

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

 

Pravda.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra bəzi qərarlar qəbul olunub.

 

1. Azərbaycan milli komandasının baş məşqçisi Gianni De Byazi ilə müqavilənin müddəti daha bir seçmə mərhələ müddətinə uzadılsın.

 

2. Azərbaycan U-19 milli komandasının baş məşqçisi Miloş Velebitlə müqaviləyə xitam verilsin. U-19-un baş məşqçisi vəzifəsinə təyinatla bağlı əlavə məlumat veriləcək.

 

3. Qızlardan ibarət milli komandaların baş məşqçiləri təsdiq olunsun:

 

Azərbaycan U-19 (qızlar) – Zamir Həsənov

 

Azərbaycan U-17 (qızlar) – Nərgiz Qurbanova

 

Azərbaycan U-15 (qızlar) – Xanlar Əliyev

 

4. Lisenziyalaşdırma qaydalarında (Buraxılış - 2022) müvafiq dəyişikliklər təsdiq olunsun.

 

5. Futbol Veteranları Fondunun Əsasnaməsində müvafiq dəyişikliklərin aparılması ilə bağlı təkliflərin hazırlanması baş katibliyə tapşırılsın.

 

6. Yoxlama-Təftiş Komitəsinin tərkibi aşağıdakı kimi təsdiq olunsun:

 

Sədr

 

Xalid Cavadov – AFFA nümayəndəsi

 

Üzvlər:

 

Xanım Məmmədova – AFFA nümayəndəsi

 

Tariyel Şirəliyev – SOCAR nümayəndəsi

 

Hafiz Quliyev – İqtisadiyyat Nazirliyinin nümayəndəsi

 

Səftər Vəlizadə – Dövlət Auditorlar Palatasının nümayəndəsi

 

Elnur Kazımov – Dövlət Auditorlar Palatasının sərbəst auditoru

Tarix: 4 Oktyabr 2022, 16:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin