BURADA REKLAMINIZ OLA
BİLƏR

City Hotel Agdam mehmanxanasının təməli qoyuldu - YENİLƏNDİ

Oktyabrın 4-də Ağdam şəhərində “City Hotel Agdam” mehmanxanasının təməli qoyulub.

 

Pravda.az  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

 

“PMD Projects” şirkətinin direktoru Nəriman Topçubaşov dövlətimizin başçısına və birinci xanıma inşa olunacaq mehmanxana barədə məlumat verdi.

 

Bildirildi ki, Ağdamın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq, ona uyğun infrastruktur yaradılır. Hotel müasir səviyyədə inşa olunacaq, rayona səfər edəcək ziyarətçilərin rahatlığı üçün burada hər cür şərait yaradılacaq.

 

Diqqətə çatdırıldı ki, 130 nömrədən ibarət olacaq beşmərtəbəli hotel binasında konfrans, iclas və banket zalları, fitnes və spa mərkəzləri, restoran və açıq terras yaradılacaq.

 

Prezident İlham Əliyev “City Hotel Agdam” mehmanxanasının təməlini qoydu.

 

***

 

17:50

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva City Hotel Agdam mehmanxanasının təməlqoyma mərasimlərində iştirak ediblər.

 

Pravda.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Tarix: 4 Oktyabr 2022, 19:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin