BURADA REKLAMINIZ OLA
BİLƏR

67 il həbs cəzası alan britaniyalı inanılmaz səbəbdən azadlığa çıxdı

Britaniyada keçmiş həbsxana işçisi arvadı onun xəyanətindən xəbər tutduqdan sonra qadını öldürüb.

 

Məlumata görə, 2014-cü ildə Aleksandr Klak körpəsinin 17 yaşlı dayəsi ilə yaxın münasibətdə olduğunu öyrənən arvadını döyərək boğub öldürüb. Qadın kişini ondan ayrılmaqla hədələyib. Qəzəbli kişi 2 yaşlı qızının gözü qarşısında həyat yoldaşına hücum edib.

 

Qatil arvadının cəsədini çamadana qoyub və onu Qrenadanın Müqəddəs Corc şəhərinin kənarında basdırıb. Hüquq-mühafizə orqanları cinayətin üstünü açdıqda Aleksandr 67 il müddətinə azadlıqdan məhrum edilib. Lakin onun işi məhkəmənin stenoqramının olduğu kompüterlə birlikdə itirilib və məhkəmə britaniyalını azadlığa buraxmalı olub.

 

Oxu.az

Tarix: 5 Oktyabr 2022, 07:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin