BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda ustanı anası və xalasına qısqandığı üçün bıçaqlayan şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa zərər vurmada təqsirləndirilən Qasım Qasımovun (ad, soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkəcək.

 

İstintaqla müəyyən edilib ki, yetkinlik yaşına çatmayan Qasım Qasımov 2022-ci il aprel ayının əvvəllərində qonşuluqda yaşayan həmyaşıdı Vahid Qalibovla (ad, soyadı şərti) mübahisə edib. Bu zaman Vahid Qasıma deyib ki, atası Saleh Qalibov (ad, soyadı şərti) onun anası və xalası ilə telefonda mesajlaşır. Daha sonra Qasım dəqiqləşdirməkdən ötrü evlərində usta kimi işləyən Salehin telefonuna ondan xəbərsiz baxaraq həmin məlumatların doğru olduğunu yəqin edib. O, anası ilə xalasını Saleh Qalibova qısqanıb. Bu səbəbdən Qasım 2022-ci il aprelin 10-u saat 23 radələrində “Yasamal qəbiristanlığı” deyilən əraziyə gedərək oradan Salehə zəng edib, guya işinin olmasını söyləyib və onu həmin yerə çağırıb.

 

Saleh də Qasımın yanına gəlib. O, Salehə anası və xalasına zəng edərək mesaj yazmasını irad tutub. Daha sonra Qasım özü ilə gətirdiyi bıçağı cibindən çıxarıb qəsdən Salehin bədəninin müxtəlif nahiyələrinə üç dəfə, həmçinin hadisə yerindən götürdüyü taxta parçası ilə baş nahiyəsindən iki dəfə zərbə vuraraq ona xəsarət yetirib.

 

Hadisədən sonra Qasım Qasımov Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə gedərək könüllü təslim olub.

 

O, məhkəmədə törətdiyi əməldən peşman olduğunu söyləyib.

Tarix: 5 Oktyabr 2022, 07:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin