BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq nazir: “Azərbaycan universitetlərinin diplomlarının xaricdə tanınmaması məsələsi dövlətlər səviyyəsində həll olunmalıdır”

“Azərbaycan universitetlərinin diplomlarının xaricdə tanınmaması məsələsi dövlətlər səviyyəsində həll olunmalıdır. Məsələn, Azərbaycanla Türkiyənin təhsil nazirlikləri arasında diplomların qarşılıqlı tanınması ilə bağlı sənəd imzalanmalıdır. Bundan sonra avtomatik olaraq diplomlar qarşılıqlı şəkildə hər iki ölkədə tanınır. Eyni şəkildə Türkmənistan, Özbəkistan, Rusiya, Ukrayna və s. ilə də müqavilələr olmalıdır. Əks halda diplomlar tanınmır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında sabiq təhsil naziri, professor Firudin Cəlilov deyib.

 

O, Türkiyənin təhsil sisteminin Azərbaycana gətirilməsi təklifinə də münasibət bildirib: “Türkiyə təhsil sisteminin bir işi yaxşıdır ki, orada rüşvət yoxdur. Amma dərs proqramlarında çox böyük dəyişikliklər var. Azərbaycanda orta məkətblərdə təhsil sistemi daha dərindir. Məsələn, bizdə VI sinifdə oxuyan şagirdlər Türkiyədəki 8-ci sinfin proqramlarını keçirlər. Belə fərqlər var. Universitetlərdə də diplom işi, magistratura məsələsi müəyyən qədər fərqlidir. Hər halda uzlaşdırmaq olar. Bu məsələyə mütəxəssislər baxmalı, araşdırmalıdır. “Atüstü” qərar vermək olmaz”.

 

Aytəkin Qardaşova

Tarix: 5 Oktyabr 2022, 13:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin