BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat maaşının bir hissəsini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürdü

Milli Məclisin deputatı Cavid Osmanov aylıq maaşının bir hissəsini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə C.Osmanov özü məlumat verib.

 

Deputat xatırladıb ki, Azərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb: “Bununla əlaqədar bir aylıq maaşımın bir hissəsini prezident cənab İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürmək qərarına gəldim. Allah xalqımızı və ölkəmizi bəlalardan hifz eləsin”.

Tarix: 23 Mart 2020, 13:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin