BURADA REKLAMINIZ OLA
BİLƏR

Frankfurt-Vyetnam reysi üzrə uçan təyyarə Bakıda təcili eniş etdi

Frankfurt-Vyetnam reysini həyata keçirən təyyarə Bakıda təcili eniş edib.

 

Pravda.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, "Vietnam Airlines" aviaşirkətinin Frankfurt-Vyetnam reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

 

Buna səbəb sərnişinin səhhətinin qəfil pisləşməsi olub.

 

"Boeing B787" təyyarəsi yerli vaxtı ilə saat 21:11-də Bakı hava limanına uğurla eniş edib.

Təyyarə eniş etdikdən sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib.

Tarix: 6 Oktyabr 2022, 23:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin