BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qarabağ"ın qolu ofsayda görə ləğv olundu

"Qarabağ"ın Yunanıstanda "Olimpiakos"la UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda vurduğu qol ləğv edilib.

 

Pravda.az-ın məlumatına görə, VAR sisteminin müdaxiləsindən sonra Abdullah Zubirə ötürmə verən Leandro Andradenin topu qəbul edərkən oyundankənar vəziyyətdə olduğu məlum olub.

 

Nəticədə referi qolu hesaba almayıb.

 

***

 

23:10

 

Yunanıstanda "Olimpiakos" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda hesab açılıb.

 

Pravda.az-ın məlumatına görə, 5-ci dəqiqədə Abdullah Zubir "köhlən atlar"ı önə keçirib.

 

***

 

23:03

 

Yunanıstanda "Olimpiakos" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu başlayıb.

 

Pravda.az-ın məlumatına görə, "Georgios Karaiskakis" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

 

Matçı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edir.

Tarix: 6 Oktyabr 2022, 23:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin