BURADA REKLAMINIZ OLA
BİLƏR

Emin Hüseynov: "İlk mərhələdə 66 minə yaxın keçmiş məcbur köçkün evlərinə qayıda biləcək”

İşğaldan azad edilmiş ərazilərdə bütün bərpa və reabilitasiya prosesini 3 əsas mərhələyə bölmək olar. Birinci mərhələni 2026-cı ilə qədər yekunlaşdırmaq niyyətindəyik.


Pravda.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Naftalan - Sağlamlıq və turizmin sinerji mənbəyi. Regionda yeni rellıqlar" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.


“Burada əsas hədəflərimiz Füzuli və Ağdamın iki şəhər mərkəzini və 32 kəndi yenidən qurmaqdır. İlk mərhələdə 66 minə yaxın keçmiş məcbur köçkün soydaşımız yeni evlərinə qayıda biləcək”, - o bildirb.

Tarix: 8 Oktyabr 2022, 10:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin