BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin işçisi piyadanı vuraraq öldürdü

Azərbaycanda “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sürücüsü piyadanı vuraraq öldürüb.

 

Pravda.az-ın xəbərinə görə, hadisə martın 20-i saat 21 radələrində Kürdəmir rayonunun Köhünlü kəndi yaxınlığında baş verib.

 

Rayonun Mürtüllü kənd sakini, 1963-cü il təvəllüdlü Sahib Omarov idarə etdiyi “QAZ-53A” markalı 33 AC 046 nömrəli yük maşını ilə solu keçən piyada, Ağsu sakini 1985-ci il təvəllüdlü Tahir Şıxıyevi vurub. T.Şıxıyev hadisə yerində ölüb.

S.Omarov Kürdəmir rayon Suvarma Sistemləri İdarəsində sürücü işləyir. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.Qafqazinfo

Tarix: 23 Mart 2020, 17:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin