BURADA REKLAMINIZ OLA
BİLƏR

TƏBİB-dən BDU-nun zəhərlənən tələbələri ilə bağlı açıqlama

Bakı Dövlət Universitetinin (BDU) 4 tələbəsi suşidən zəhərlənib.

 

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, 4 nəfərdən biri artıq evə buraxılıb.

 

Digər 3 nəfər isə müvafiq şöbəyə yerləşdirilib: "Onların mədəsi yuyulub, sistem köçürülüb, vəziyyətləri orta-ağırdır”.

 

KTM-dən bildirilib ki, 3 nəfərin də sabah ambulator müalicə üçün evə buraxılması gözlənilir. Zəhərlənmə diaqnozu ilə gətirilən hər 4 tələbə qızdır və eyni fakültənin tələbələridir.

 

Özlərinin verdiyi məlumata görə onlar ötən gün yedikləri suşidən zəhərləniblər.

Tarix: 8 Oktyabr 2022, 20:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin