BURADA REKLAMINIZ OLA
BİLƏR

Mina partlayışı zamanı xəsarət alanların vəziyyəti necədir?

Ağdamda minaya düşərək xəsarət alan 3 nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Bu barədə TƏBİB-dən məlumat verilib.

 

Bildirilib ki, onların hər üçünə aşağı ətrafların və bədənin çox saylı qəlpə yaraları diaqnozu qoyulub. Hər birinə dərhal ilkin tibbi yardım göstərilib. Tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicəsi aparılan pasientlərdən ikisinin vəziyyəti ağır, birinin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.

Tarix: 8 Oktyabr 2022, 20:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin