BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda "Range Rover" qəza törədib, 2 nəfər avtomobildə sıxılı qalıb

Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Hadisə bu dəqiqələrdə Nardaran qəsəbəsində yerləşən "Sea breeze" otelinin yaxınlığında qeydə alınıb.

 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli APA-ya bildirib ki, hərəkətdə olan "Range Rover" və "Kia" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində avtomobillərdən birində iki nəfər sıxılı vəziyyətdə qalıb. Hər iki şəxs ağır xəsarət alıb.

 

Hadisə yerinə polis, təcili yardım və FHN əməkdaşları cəlb olunub.

 

Hazırda xilasetmə əməliyyatı aparılır.

Tarix: 8 Oktyabr 2022, 23:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin