BURADA REKLAMINIZ OLA
BİLƏR

PA-nın rəhbəri bir aylıq əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürdü

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Administrasiyanın, İşlər İdarəsinin və  Birinci vitse-prezidentin katibliyinin rəhbər şəxsləri bir aylıq əməkhaqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər.

 

Pravda.az-ın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsaitlər xüsusi rejimli tibb müəssisələrinin formalaşmasına, maddi-texniki sahənin gücləndirilməsinə, eləcə də ölkəmizdə koronavirusla mübarizə sahəsində həyata keçirilən digər tədbirlərə yönələcək.

 

Fonda Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 20 milyon manat ayrılıb, Azərbaycan Prezidenti bir illik əməkhaqqını Fonda ianə edib.

 

Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən müxtəlif şirkətlər, qurumlar, fiziki və hüquqi şəxslər Fonda könüllü köçürmələr edir.

Tarix: 23 Mart 2020, 18:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin