BURADA REKLAMINIZ OLA
BİLƏR

Ruhəngiz Qasımova vəfat etdi

Tanınmış bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova vəfat edib.

 

Pravda.az xəbər verir ki, 82 yaşlı bəstəkar bu gün vəfat edib.

 

Qeyd edək ki, bəstəkar Ruhəngiz Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb. Hekayələri "Ədəbiyyat və incəsənət" qəzetində, "Azərbaycan", "Ulduz" jurnallarında dərc olunub. "Babamın muzeyi" adlı kitabı var. Çoxsaylı mahnıların bəstəkarıdır.

 

Bəstəkarlar İttifaqının üzvü, Prezident təqaüdçüsü idi.

Tarix: 9 Oktyabr 2022, 20:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin