BURADA REKLAMINIZ OLA
BİLƏR

Ruhəngiz Qasımovanın cənazəsi Honkonqdan Azərbaycana gətiriləcək

Ötən gün vəfat edən Azərbaycanın Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın cənazəsi Honkonqdan Azərbaycana gətiriləcək.

 

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı bildirib.

 

Onun sözlərinə görə, səstəkarın vəfatı ilə əlaqədar onun birgə yaşadığı Honkonqda yaşayan qızı Canana ilə əlaqə saxlayıblar: “Ruhəngiz xanımın nəşinin Azərbaycana gətirilməsi üçün Diasporla İş üzrə Dövlət Komitəsi olaraq bütün lazım olan köməyi göstərməyə hazır olduğumuzu bildirdik. Mərhumun qızı bildirdi ki, bütün prosedurlar mərhələli şəkildə həyata keçirilir və bir iki günə yola çıxmağı düşünürük. Canana xanım Diaspor Komitəsinə minnətdarlıq etdi və heç bir köməyə ehtiyac olmadığını bildirdi. Bəstəkarın qızı əlavə etdi ki, belə çətin zamanda Komitənin vaxt itirmədən bizi axtarmasına sevindik, inanırıq ki, hər hansı çətinlikdə Azərbaycandan bizə arxa duran təşkilat və insanlar var”.

Tarix: 10 Oktyabr 2022, 16:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin