BURADA REKLAMINIZ OLA
BİLƏR

Sumqayıtda oğul atasının mülkünü yandırdı - VİDEO

Ötən gün gecə saatlarında Sumqayıt şəhəri, Qurd dərəsi yaşayış massivinin ərazisində yerləşən obyektdə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

 

FHN-dən verilən məlumata görə, nazirliyin yanğından mühafizə qüvvələri tərəfindən yanğın söndürülüb. Yanğın nəticəsində 1945-ci il təvəllüdlü Doluxanov Elman Museyib oğluna məxsus ümumi sahəsi 150kv.m olan bir dam altında tikilmiş müxtəlif təyinatlı qeyri-yaşayış obyektlərinin 30kv.m sahədə lambirdən ibarət tavanı əriyib və əşyaları yanıb.

 

Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən aparılan ilkin araşdırma, o cümlədən müşahidə kameralarına baxış və şahidlərin dindirilməsi nəticəsində yanğının qəsdən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Belə ki, aparılan araşdırma zamanı zərərçəkmiş – obyektin sahibi Doluxanov Elman Museyib oğlu ifadəsində yanğının öz oğlu tərəfindən törədildiyini qeyd edib. Obyektin nəzarət kameralarına baxış keçirilərkən hadisənin həqiqətən də zərərçəkmişin oğlu 1971-ci il təvəllüdlü Doluxanov Kalif Elman oğlu tərəfindən qəsdən törədilməsi faktı öz təsdiqini tapıb.

 

Qeyd olunan məsələ ilə bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

 

Tarix: 10 Oktyabr 2022, 16:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin