BURADA REKLAMINIZ OLA
BİLƏR

Operativ Qərərgah məlumat yaydı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 15 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Pravda.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.


İndiyədək ölkədə ümumilikdə 822 186 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 727 nəfər müalicə olunaraq sağalıb, hazırda 531 aktiv xəstə var. Bu günə qədər 9 928 nəfər vəfat edib.


Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 408, bu günə qədər isə ümumilikdə 7 274 499 test icra olunub.

Tarix: 10 Oktyabr 2022, 17:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin