BURADA REKLAMINIZ OLA
BİLƏR

Mikayıl Cabbarovdan sahibkarlara MÜRACİƏT

İqtisadiyyat naziri Mikayıl Cabbarov ticarət mərkəzlərinin, “Mall”ların, bazarların, yarmarkaların sahiblərinə müraciət edib.

 

Pravda.az-ın xəbərinə görə, İqtisadiyyat naziri deyib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına tam şəkildə riayət olunmalıdır.

 

İqtisadiyyat naziri bu dövr ərzində həmin şəxslərin məsuliyyətli, şüurlu davranışını gözlədiklərini vurğulayıb: “Yalnız icazə verilmiş çərçivədə fəaliyyət həyata keçirilməlidir. İlk növbədə icarə haqlarının dondurulması kimi məsələlərə baxılmalıdır. Ticarət obyektlərinin, bazarlarının sahibləri ilə icarədarlar, sahibkarlar arasında münasibətlər tarazlı şəkildə tənzimlənməlidir. Çünki həm ticarət obyektinin sahibi, həm də sahibkar real fəallığın necə olduğunu gündəlik görə bilir. Əgər insanların axını obyektiv səbəbdən azalıbsa, bu reallıq qəbul edilməlidir. Zəruri olan müddət üçün icarə haqlarının dondurulmasını tövsiyə edirik. Bu da sosial məsuliyyətli davranış olardı. Eyni zamanda biznesin qaydaları belədir. Çətin dövrləri bir-birimizə dəstək verməklə yaşayıb keçməliyik. Həmçinin bizə siqnallar daxil olur ki, bir sıra ticarət obyektlərində bu çərçivəyə riayət olunmur. Biz bununla bağlı qanunvericilik çərçivəsində nəzərdə tutulmuş profilaktik tədbirlər görmək niyyətindəyik. Amma bizim niyyətimiz ondan ibarətdir ki,  dialoq vasitəsi ilə obyektiv qiymətləndirmə aparılsın. Biz müvafiq proqramlar, dəstək tədbirləri və vergi güzəştləri ilə sizin yanınızda olmağa hazırıq. Sizdən isə şüurlu davranış gözlənilir”.

Tarix: 23 Mart 2020, 20:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin