BURADA REKLAMINIZ OLA
BİLƏR

Ruhəngiz Qasımovanın qızı anasının ölüm səbəbini açıqladı

“Oktyabrın 12-də Bakıda olmağı planlaşdırırıq”.


Pravda.az xəbər verir ki, bunu mərhum bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın qızı Canana Süleymanlı deyib.


Onun sözlərinə görə, Bakıdakı vida və dəfn mərasimin yeri barədə hələlik qərar verilməyib:


“Vida mərasiminin vaxtı və dəfn yeri ilə bağlı məsələlər yəqin ki, sabah dəqiqləşəcək”.


Canana Süleymanlı Ruhəngiz xanımın vəfat səbəbindən də danışıb:


“On gün idi ki, xəstəxanada yatırdı. Anamda böyrək çatışmazlığı var idi. Amma onu da qeyd edim ki, atamın vəfatı ona çox təsir etmişdi. Atam üçün çox darıxırdı. Və mənə elə gəlir ki, anamın ürəyi partladı, dözmədi”.


APA-nın əldə etdiyi məlumata görə, mərhum bəstəkar Yasamal qəbiristanlığındakı ailə məzarlığında dəfn ediləcək. Artıq məzarın qazılması işləri tamamlanıb.

Tarix: 10 Oktyabr 2022, 22:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin