BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabah şimşək çaxacaq, yağış yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 11-i gün ərzində şimal-qərb küləyi arabir 15-20 m/s olacaq.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, oktyabrın 11-i gündüzdən 13-ü səhərədək bəzi şərq rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.

 

Qərb küləyi 11-i və 12-si gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir 18-23 m/s olacaq.

 

Çaylarda sululuğun artacağı ehtimalı var.

Tarix: 11 Oktyabr 2022, 12:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin