BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda islam qaydaları ilə fəaliyyət göstərən bank yaradılması təklif edildi

“Bu gün Azərbaycanda dindar şəxslər banklara o qədər meyl göstərmirlər. Bu, faiz məsələsinə görədir”.

 

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.

 

Deputat bildirib ki, buna görə də bizim dindar insanlar öz pullarını bəzi islam ölkələrində olan islam qaydaları ilə fəaliyyət göstərən banklara yatırırlar: “Bu da bizim investisiyanın xaricə getməsinə səbəb olur. Bu gün Azərbaycanda dinə meyl artıb. Bu baxımdan da Azərbaycanda da dini qaydalarla işləyən investisiya şirkətlərinin olmasını vacib hesab edirəm”.

 

APA

Tarix: 11 Oktyabr 2022, 12:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin