BURADA REKLAMINIZ OLA
BİLƏR

MEDİA-nın işçilərinin aylıq vəzifə maaşına əlavənin hesablanması və ödənilməsi qaydası açıqlandı

Medianın İnkişafı Agentliyi (MEDİA) işçilərinin aylıq vəzifə maaşına əlavənin hesablanması və ödənilməsi qaydası müəyyənləşib.

 

Pravda.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Jurnalist vəsiqəsinin forması”nın və “Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında qərarında əksini tapıb.

 

Aylıq vəzifə maaşına əlavənin ödənilməsi ayda bir dəfə olmaqla, hər ay üçün növbəti ayın 20-dək, dekabr ayı üçün isə həmin ayın 28-i (dekabrın 28-i qeyri-iş gününə düşdükdə növbəti iş günü) həyata keçirilir.

 

Bu Qaydanın 3.3.1-ci və 3.3.2-ci yarımbəndlərində nəzərdə tutulmuş vəsaitin cari ildə istifadə olunmayan hissəsi aylıq vəzifə maaşına əlavənin ödənilməsi üçün həmin ilin dekabr ayında istifadə olunur.

 

Əmək məzuniyyəti, ödənişli yaradıcılıq və təhsil məzuniyyəti, həmçinin xidməti ezamiyyət dövrü işçinin hesabat ayındakı iş günləri kimi nəzərə alınaraq aylıq vəzifə maaşına əlavə ödənilir, lakin bu əlavə həmin məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınmır.

 

Vəzifə maaşına əlavə aşağıdakı günlər üçün hesablanmır:

 

- işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, həmçinin hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu günlər;

 

- işçinin qismən ödənişli sosial məzuniyyətdə və ödənişsiz məzuniyyətdə olduğu günlər.

 

Bu Qaydanın 5.4.1-ci yarımbəndində nəzərdə tutulan hallarda aylıq vəzifə maaşına əlavə orta əməkhaqqının hesablanması zamanı nəzərə alınır.

 

Aylıq vəzifə maaşına əlavə hər bir işçinin aylıq vəzifə maaşına əmsal tətbiq edilməklə hesablanır.

 

Aylıq vəzifə maaşına əlavənin verilməsi üçün əmsal aşağıdakı fotodakı düstura uyğun olaraq hesablanır:

Fotoları təqdim edirik
Tarix: 11 Oktyabr 2022, 15:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin