BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda TikTok fəaliyyətini bərpa etdi

Azərbaycanda TikTok sosial şəbəkəsinə qoyulan qadağa aradan qaldırılıb.

 

Pravda.az xəbər verir ki, artıq ölkə ərazisində şəbəkəyə sərbəst giriş mümkündür.

 

Qeyd edək ki, TikTok-a giriş sentyabrın 14-də məhdudlaşdırılmışdı. Dövlət Təhlükəsizliyi Xidməti hərbi əməliyyatlarla bağlı ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatların yayıldığını əsas gətirərək Tiktok sosial şəbəkə resursuna girişi məhdudlaşdırmışdı.

 

 

Tarix: 11 Oktyabr 2022, 15:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin