BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda avtomobil repetitor yanından qayıdan məktəblini vurub

 

Ağstafa rayonunda avtomobil 11-ci sinif şagirdini vurub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün rayonun Poylu kəndində qeydə alınıb.

 

Belə ki, hərəkətdə olan avtomobil piyada - 2006-cı il təvəllüdlü Nəsib Orucovu vurub. Daha sonra ağır bədən xəsarəti alan yaralı Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd: Qəzada dünyasını dəyişən N.Orucov Ağstafa rayon S.Məmmədov adına Poylu kənd tam orta məktəbinin 11-ci sinif şagirdidir. O, hadisə zamanı rayon mərkəzindən repetitor yanından gəlirmiş.

 

Kamal Məmmədov

Tarix: 11 Oktyabr 2022, 21:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin