BURADA REKLAMINIZ OLA
BİLƏR

Şamaxı sakini pay torpağından istifadə edə bilmir - "Deyirlər ki, torpaq məktəbin ərazisindədir" - VİDEO

Şamaxı sakini 25 ildir ki, ona verilən 41 sot pay torpağından istifadə edə bilmir.

 

Mülkiyyətə verilmiş torpaq sahəsinin planı da var. Ancaq ona bildirilib ki, həmin topraq sahəsi məktəbin ərazisinə düşür.

 

Belə bir vəziyyətlə Şamaxı rayonunun Mirikənd kənd sakini Nizam Məmmədov qaşılaşıb.

 

O iddia edir ki, kənddə torpaq islahatı düzgün aparılmayıb.

 

Nizam Məmmədovun iddiasına görə, əlində olan sənədlər əsasında ona  məxsus 41 sot torpaq sahəsinin yerini bilir, amma həmin əraziyə sahib çıxa bilmir.

 

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsindən "Xəzər Xəbər"ə verilən məlumata görə, vətəndaşın əlində olan dövlət aktı ilə əlaqədar onunla görüşub, izahat verilib. Həqiqətən də deyilən sahə məktəbin ərazisi kimi qeydiyyatdadır. Buna görə də vətəndaş ilərdir həmin ərazidən istifadə etmir. Bu il məktəb direktoru tərəfindən ərazidə kol-kosun təmizlənməsi məqsədilə ərazidə şum işi aparılıb. Yəqin vətəndaş elə bilir ki, həmin ərazidən kimsə istifadə edir. Ərazi məktəbin balansındadır. Belə olan halda kənd sakininin istəyi odur ki, ona yeni ərazi verilsin. Lakin vətəndaş  uçot xəritəsində göstərilən və ona  verilən başqa  ərazi ilə razılaşmır.

 

Tarix: 12 Oktyabr 2022, 07:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin