BURADA REKLAMINIZ OLA
BİLƏR

Media Reyestrinə daxil olmayacaq jurnalistləri nə gözləyir?

Media reyestrində olmayan jurnalistlərin fəaliyyəti ilə bağlı heç bir məhdudiyyət olmayacaq.

 

Pravda.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov jurnalistlər üçün keçirilən brifinqdə deyib.

 

Onun sözlərinə görə, vəsiqənin arxasında olan barkod vasitəsilə jurnalist haqda bütün məlumatları əldə etmək mümkün olacaq: “Vəsiqə özü-özlüyündə jurnalistlərə üstünlük vermir. Sadəcə reyestrdə olmaq faktını təsdiqləyir. Bu da jurnalist adından istifadə hallarının qarşısını alacaq”.

Tarix: 12 Oktyabr 2022, 12:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin