BURADA REKLAMINIZ OLA
BİLƏR

Toydan sonra qətl törədən şəxslə bağlı QƏRAR

Şəki Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Qılman Mustafayevin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Akif Eyvazovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 2021-ci ilin noyabr ayının 22-si axşam saatlarında Göyçay rayonunun Bəydövül kəndində qeydə alınıb.

 

Belə ki, kənd sakini, 1974-cü il təvəllüdlü Mustafayev Qılman Maarif oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmkəndlisi, 1983-cü il təvəllüdlü İsmayılov Elvin Mübariz oğlunu bıçaqlayıb. Ürək nahiyəsindən iki bıçaq xəsarəti alan Elvin İsmayılov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. İttihama görə, hadisədən bir neçə gün əvvəl keçirilən toy mərasimi zamanı onların arasında dava olub və olay günü yenidən başlayan mübahisə qətl hadisəsi ilə nəticələnib. Qətli törədən Qılman Mustafayev polis əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məclləsinin 120.2.2-ci (Qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228.4-cü (Qanunsuz olaraq qaz silahını, soyuq silah saxlama) maddələri ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 13 Oktyabr 2022, 07:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin