BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ-da Azərbaycan səfirliyinə məxsus avtomobilin atəşə tutulmasının təfərrüatı - VİDEO

ABŞ-nin xüsusi xidmət orqanlarının əməkdaşları Azərbaycanın Vaşinqtondakı səfirliyinə dəvət olunub. Diplomatik korpusun təhlükəsizlik kameraları izlənilib. Məsələ ilə bağlı Azərbaycanın ABŞ-dəki səfirliyinin birinci katibi Toğrul Əliyev “Baku TV”yə danışıb. “Hadisə oktyabrın 11-i saat 00:16-da baş verib. Naməlum avtomobil səfirliyin inzibati binasına yaxınlaşaraq xidməti avtomobilə atəş açıb və hadisə yerini tərk edib. Xoşbəxtlikdən səfirliyin əməkdaşları avtomobildə olmayıb”, - deyə o qeyd edib.

 

Diplomat bildirib ki, hadisə ilə bağlı ABŞ Dövlət Departamentinə və Dövlət Təhlükəsizliyi Xidmətinə məlumatlar verilib. Bundan başqa, müvafiq qurumlardan səfirlik binasının təhlükəsizliyinin təmin olunması tələb edilib.

 

Azərbaycanın ABŞ-dəki səfirliyinin birinci katibinin sözlərinə görə, bununla bağlı hələlik heç bir tədbir görülməyib.

 

Tarix: 13 Oktyabr 2022, 13:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin