Müğənni çılpaq halda koronavirusdan danışdı: “Hamımız birlikdə boğulacağıq”

Koronavirusla mübarizədə özünü karantinə alan müğənnilərdən biri də Madonnadır.

 

Pravda.az-ın xəbərinə görə, 61 yaşlı ifaçı gül ləçəkləri olan vannada çılpaq videosunu paylaşaraq pandemiya ilə bağlı fikirlərini bölüşüb:

 

“COVİD-19 yaşa, məşhurluğa, zənginliyə, ağıla, harada yaşadığına baxmır. O, böyük tarazlayıcıdır. Bu səbəbdən də qorxulu və böyükdür. Bizi müxtəlif aspektlərdə bərabərləşdirməsi həm dəhşətli, həm də gözəldir. Əgər gəmi suyun dibinə getsə, hamımız birlikdə boğulacağıq”.Axşam.az

 

Tarix: 24 Mart 2020, 08:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin