BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qaz və elektrik istifadəsinə qoyulan limit ləğv edilməlidir”

“Hökumət 4 işçi qrup yaradıb təkliflər hazırlayır, ən böyük problemlərdən biri də kommunal xərclərdir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Natiq Cəfərli deyib.

 

“İnsanlara “evdə qal” çağırışı edən hökumət evdə qalan insanın daha çox elektrik, qaz, su istifadə etdiyini də anlamalıdır. Çox sadə addımlarla bu məsələ həll oluna bilər: 1) Qaz və elektrik istifadəsinə qoyulan limit ləğv edilməlidir, 2) İlkin olaraq yaxın 3 ay müddətinə qaz, su və elektrik kartları üçün ödəmə sistemlərində (aparatlarda) olan yazılım 1 günə dəyişdirilə bilər, vətəndaşın ödədiyi hər bir məbləğ karta ikiqat yüklənə bilər – məsələn, 10 manat karta yüklənəndə bu 20 manat, 20 manat ödədin 40 manat və s. şəklində bu işi çözmək mümkündür. Buyurun, əməl edin...” – N.Cəfərli qeyd edib.

Tarix: 24 Mart 2020, 09:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin