BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağalar Vəliyevin biznes ortağının ölkədən çıxışına qadağa qoyulur

"Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Ağalar Vəliyevin biznes ortağının ölkədən çıxışı məhdudlaşdırılır.

 

Pravda.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, "Azəraqrartikinti" ASC-də müxtəlif vəzifələrdə çalışan, iş adamı kimi tanınan Maqsud Əvəz oğlu Gülməmmədovun ölkədən çıxışı məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilib.

 

Müraciətin səbəbi isə Maqsud Gülməmmədovun 2 saylı Ərazi Vergilər Baş İdarəsinə külli miqdarda vergi borcunun olmasıdır.

 

Məhkəmə işinə Bakı Kommersiya Məhkəməsində hakim Zaur Pirverdiyev sədrliyi ilə baxılacaq.

Tarix: 14 Oktyabr 2022, 14:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin