BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Elçin Sadıqov Rasim Məmmədovun vəkilliyindən uzaqlaşdırıldı

Vəkil Elçin Sadıqov "Baku Stell Company" şirkətinin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovun müdafiəsindən uzaqlaşdırılıb.


Pravda.az-ın məlumatına görə, bu barədə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rasim Məmmədovun cinayət işi üzrə keçirilən məhkəmə prosesində qərar qəbul olunub. Prosesə Elçin Sadıqov buraxılmayıb.


Məhkəmə Elçin Sadıqovun vəkillikdən uzaqlaşdırılmasnı onun ev dustaqlığında olması ilə əlaqələndirib. Bildirib ki, E.Sadıqovun həbsdən ev dustaqlığına buraxılması haqda Bakı Apellyasiya Məhkəməsinin qərarındakı şərtlərdə göstərilib ki, o, barəsindəki cinayət işi üzrə prosesin iştirakçılarıyla ünsiyyətdə ola bilməz.


Hakim bildirib ki, “Baku Steel Company”nin keçmiş rəhbəri də E.Sadıqovun ittiham olunduğu cinayət işi üzrə iştirakçılardandır.


Buna görə də E.Sadıqovun prosesdə müdafiəçi kimi iştirakı qadağan edilib.


Xatırladaq ki, E. Sadıqov Rasim Məmmədovdan 20 min manat rüşvət almaqda təqsirləndirilir. O Cinayət Məcəlləsinin 311-ci(Külli miqdarda rüşvət alma) maddəsilə təqsirləndirilir və barəsində ev dustaqlığı qəti imkan tədbiri seçilib.

 

Trend

Tarix: 14 Oktyabr 2022, 18:31   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin