BURADA REKLAMINIZ OLA
BİLƏR

Yeni köçdükləri ev artıq boş qaldı: Ailənin faciəsinə çevrilən hadisədə ölənlərin yaxınları DANIŞDI - VİDEO

Bir neçə gündür hər kəsin bəhs etdiyi dəhşətli qəzanın ardından ərinin ölümünə dözməyərək intihar edən Umudova Nahidə Sadiq qızının qohumları danışıblar.

 

Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində mərhumun yaxınları bildiriblər ki, qəzada vəfat edən Umudov Fəxri və Nahidə bir-birlərini çox seviblər.

 

18 ildir ailəli olan Nahidə və Fəxrinin 16 il övladları olmurmuş. Maddi vəziyyətləri aşağı olsa da bir-birlərinə daim dəstək olublar.

 

Onların zəhmətləri ilə tikilən və yeni köçdükləri ev artıq boş qalıb.

 

Qeyd edək ki, oktyabrın 9-u axşam saatlarında Kürdəxanıda baş verən qəzada 1984-cü il təvəllüdlü Umudov Fəxri Məzahir oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisədən sonra mərhumun həyat yoldaşı Umudova Nahidə Sadiq qızı oktyabrın 11-də səhər saat 04:00 radələrində özünü Kürdəxanı qəsəbəsində yaşadığı evin həyətindəki qaz borusundan asıb.

 

Daha ətraflı verilişi təqdim edirik:

 

Tarix: 14 Oktyabr 2022, 23:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin